Milli İnternet Mükafatı – MilliNet 2025 müsabiqəsində 1-ci səsvermə mərhələsi başlayıb.
MilliNet TK bildirir ki, bu gündən etibarən müsabiqəyə buraxılan resursların 1-ci mərhələ üzrə qiymətləndirilməsinə başlanıb.
Bu il qiymətləndirmə prosesinə onun daha keyfiyyətli aparılması üçün qeydiyyatın başa çatmasından öncə başlanıb. Hazırda qeydiyyat davam edir və 15 noyabrda başa çatacaq.
Milli İnternet Mükafatı - MilliNet 2025 müsabiqəsinə 24 sentyabr 2025-ci il tarixdən start verilib və layihələrin qəbuluna başlanıb.
MilliNet 2025 müsabiqəsi 14 Nominasiya üzrə keçiriləcək.
Nominasiyalar aşağıdakı kimi təyin edilib:
Milli İnternet Mükafatı – MilliNet2025 üzrə hazırlıqlar başa çatmaq üzrədir. Yaxın müddətdə yarışmaya start veriləcək.
İddiaçılar müsabiqəyə təqdim etmək üçün öz resurslarını hazırlaya bilərlər. MilliNet2025 -də iştirak edəcək milli internet resursların qeydiyyatına yaxın zamanlarda başlanacaq.