Sayt haqqında rəyiniz:

QHT.az

http://www.qht.az/


QHT.az saytı 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb. Sayt üzərindən ilk dəfə Azərbaycanda QHT-lərin elektron bazası və şəbəkəsini formalaşdırılıb. Hazırda həmin şəbəkədə 700-ə yaxın QHT haqqında informasiya bazası formalaşdırılmış və 700 QHT üçün subdomenli sayt yaradılmışdır. Saytda eyni zamanda QHT-lərin fəaliyyəti haqqında gündəlik xəbərlər yayımlanır.

Şərhlər

Nəbiyeva Ziba :: istifadəçi 07.12.2018 ~ 21:10

QHT.az saytı QHT-ləri bir platformada toplayib, informasiya və təcrübə mübadiləsinə geniş imkanlar yaradan unikal bir saytdır. Hər bir QHT sərbəst şəkildə QHT.az saytında qeydiyyatdan keçməklə öz subdomenli saytını, internet səhifəsini əldə etməklə yanaşı, həm də onu idarə etmək imkanını qazanır. Hesab edirəm, QHT.az saytının məhz bu formatda gurulması onu fərqləndirən və üstün edən cəhətidir.

Sabina Kerimova :: istifadəçi 07.12.2018 ~ 23:10

QHT.az saytı QHT-ləri bir araya toplayan və hər bir QHT üçün şərait yaradan mükəmməl bir saytdır.Bu saytda hər bir QHT rahat şəkildə öz PR apara və bu saytda öz şəxsi bazasını yarada bilər.QHT.az saytı bu fərqliliyi ilə hesab edirəm ki,bütün saytlardan üstündür.

Ayaz Hüseynov :: istifadəçi 08.12.2018 ~ 15:15

QHT.AZ saytı haqqında yalnız xoş fikir söyləyə bilərəm. Hər zaman olduğu kimi operativlik, QHT-lərin fəaliyyətini hər zaman cəmiyyət və dövlət qurumlarının diqqət mərkəzində saxlamaqdır. QHT.AZ xəbər satının kollektivinə başda Cəsarət müəllim olmaqla, bol uğur və yeni nəaliyyətlər arzu edirəm!

Ilham Huseynov :: istifadəçi 09.12.2018 ~ 14:04

QHT.AZ saytı vasitəsi ilə mən və mənim kimi bir çox insanlar QHT-lərin gördükləri işlərdən onlaın gələcək planlarından və qarşıya qoyulmuş məqsədlərindən xəbərdar olur və bütün bunları mərkəzləşdirimiş bir sayt vasitəsi ilə edərək həm vaxtimiza həmdə resurslara qənaət edir . Bütün bu sadaladığım üstünlükləri bizə təmin etdiyi üçün QHT.AZ saytına xüsüsilədə Cəsarət bəyə öz minnətdarlığımı bildirirəm

Şərh yazmaq üçün xahiş edirik qeydiyyatdan keçin və hesabınıza daxil olun.