Sayt haqqında rəyiniz:

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi

http://diaspor.gov.az


Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporlarının fəaliyyətini əks etdirən informasiyanın yerləşdiyi internet-nümayəndəlikdir. Saytdakı infoqrafik xəritədə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporları haqqında məlumatlar toplanıb. Sayt üç dildə - Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir.

Şərhlər

Leyla Rəşid :: məzmun münsifi 13.12.2018 ~ 15:07

Saytda bütün formatlarda materiallar var, multimedia elementləri ilə zəngindir. Sosial şəbəkələrə inteqrasiya mövcuddur. Lakin bəzi bölmələrdə, o cümlədən, struktur, qəbul günləri bölmələrində material yoxdur. Saytın ingilis və rus dili versiyalarında əksər bölmələrdə informsiya yerləşdirilməyib.Saytın xarici dil versiyası milli dildə olan məzmunla eynilik təşkil etmir. Sayt tam hazır deyil.

Şərh yazmaq üçün xahiş edirik qeydiyyatdan keçin və hesabınıza daxil olun.