Sayt haqqında rəyiniz:

Bizim Game Zone

http://bgz.az


BGZ.AZ, yəni daha uzun adı ilə desək “Bizim Game Zone” 30 Aprel 2017-ci ildən bəri Azərbaycanda fəaliyyət göstərir. Saytın əsas məqsədi oxuculara ən son oyunlar və texnoloji xəbərləri çatdırmaqdır. Fəaliyyəti boyunca bir çox uğura imza atmış və bir çox aktiv fəaliyyətləri olmuşdur.

Şərhlər

Leyla Rəşid :: məzmun münsifi 13.12.2018 ~ 10:53

Məzmun saytın təyinatını ifadə edir. Multimedia materialları var. Saytda istifadəçinin materiala münasibət bildirməsi və özünün informasiya yerləşdirməsi təmin edilib. Əlaqə vasitələri, daxili axtarış sistemi, sosial şəbəkələrə inteqrasiya mövcüddür. İnformasiya gündəlik yenilənmir. Ayrılıqda meyarlara uyğundur, lakin kontentin zənginliyi baxımından xəbər saytları ilə rəqabətdə uduzur.

Vüqar Alışov :: istifadəçi 17.12.2018 ~ 21:40

Leyla xanım, gözəl fikirləriniz və sözləriniz üçün sizə minnətdarıq. Sadəcə şərh edərkən sizdən xahiş edirik ki, nəzərə alasınız ki, saytımız oyun xəbərləri saytıdır və bu sahə haqqında xəbərlər günaşırı dərc edilmir. Dünyada bu sahə üzrə 2-3 gündən bir hətta həftə araları ilə çıxır. Fəaliyyət göstərdiyimiz sahə üzrə yetəri qədər kontent zənginliyimiz var və öz ana dilimizdə bu məlumatları yeganə oxucularına çatdıran qurumuq. Xoş sözləriniz üçün təşəkkür edirik!

Vüqar Alışov :: istifadəçi 17.12.2018 ~ 21:43

Son olaraq da qeyd etmək istəyirik ki, artıq 4 ildən çoxdur ki, MilliNet yarışmasında iştirak edirik. Lakin, hər dəfəsində kontent zənginliyinin az olması səbəbindən aşağı xal verilir. Xal verərkən fəaliyyət göstərdiyimiz sahənin darlığı nəzərə alınarsa sevinərik. Biz yorulmadan hər il iştirak etməyə davam edəcəyik. Ümid edirik ki, könüllü şəkildə göstərdiyimiz fəaliyyət bir gün sizin tərəfinizdən qiymətləndiriləcəkdir.

Şərh yazmaq üçün xahiş edirik qeydiyyatdan keçin və hesabınıza daxil olun.