Sayt haqqında rəyiniz:

Gələcək Naminə Müstəqil İnformasiya Portalı

http://geleceknamine.az/


Gələcək Naminə Müstəqil İnformasiya Portalı (GN Press) vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır. Bununla yanaşı,saytımızda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. Bizim müstəqil informasiya portalımız siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq xəbər yayır.

Şərhlər

Famil Ələkbərov :: istifadəçi 07.12.2018 ~ 11:39

Arzu xanım 300-400 xəbər var saytda cəmi. Bu kifayət qədər sayılırmı? Şərhlərdən elə hiss olunur ki, bu saytları siz seçməyibsiniz.

Leyla Rəşid :: məzmun münsifi 13.12.2018 ~ 11:17

İnformasiyalarda multimedia elementləri var, Saytda gündəlik xəbərlər yerləşdirilsə də, bölmələr üzrə müntəzəm yenilənmə yoxdur. Məs.Gündəm bölməsində 3 xəbər verilib.3 həftə əvvəl, 28 oktyabr, 4 iyul. Halbuki Gündəm kateqoyityasında günün ən aktual xəbərləri yer almalıdır. "Ən çox oxunan" bölməsində 13 iyun tarixində yerləşdirilən informasiyadır. Bu da saytın ziyarətçiləri haqqında rəy verir. Əlaqə vasitələri, sayta məsul şəxs haqda məlumatın olması informasiyanın etibarlılığını təmin edir.

Şərh yazmaq üçün xahiş edirik qeydiyyatdan keçin və hesabınıza daxil olun.