Bu il müsabiqəyə 13 Nominasiya üzrə 179 resurs təqdim edilib. İndiyədək təqdim edilən rəqəmsal resurslardan 150-i müsabiqəyə qəbul edilib.
Qaydalara uyğun olmadığı üçün müsabiqəyə qəbulundan imtina edilən resurslar 1-ci səsvermə başa çatanadək problemləri aradan qaldıraraq yenidən müraciət edə bilərlər.
Milli İnternet Mükafatı – MilliNet 2025 müsabiqəsində 1-ci səsvermə mərhələsi başlayıb.
MilliNet TK bildirir ki, bu gündən etibarən müsabiqəyə buraxılan resursların 1-ci mərhələ üzrə qiymətləndirilməsinə başlanıb.
Bu il qiymətləndirmə prosesinə onun daha keyfiyyətli aparılması üçün qeydiyyatın başa çatmasından öncə başlanıb. Hazırda qeydiyyat davam edir və 15 noyabrda başa çatacaq.
Milli İnternet Mükafatı - MilliNet 2025 müsabiqəsinə 24 sentyabr 2025-ci il tarixdən start verilib və layihələrin qəbuluna başlanıb.
MilliNet 2025 müsabiqəsi 14 Nominasiya üzrə keçiriləcək.
Nominasiyalar aşağıdakı kimi təyin edilib: