Milli İnternet Mükafatı – MilliNet2025 Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib. Toplantıda yekun səsvermənin nəticələri və MilliNet Təqdimat mərasiminə hazırlıq məsələləri müzakirə edilib.
Toplantıda Milli Net 2025 müsabiqəsində səsvermənin 2-ci mərhələsinin uğurla başa çatdığı bildirilib.
Yekun səsvermə prosesi Nominanat statusu qazanan 63 rəqəmsal resurs arasında 10 gün davam edib. Müsabiqəyə 13 Nominasiya üzrə 179 rəqəmsal resurs təqdim edilmişdi.
Milli İnternet Mükafatı - Milli Net 2025 müsabiqəsində səsvermənin 1-ci mərhələsi başa çatıb. Bu il Müsabiqəyə 14 Nominasiya üzrə 179 rəqəmsal resurs təqdim edilmişdi.
Onlardan yalnız Qaydalara uyğun olan 148 resurs Müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib.
Bu il müsabiqəyə 13 Nominasiya üzrə 179 resurs təqdim edilib. İndiyədək təqdim edilən rəqəmsal resurslardan 150-i müsabiqəyə qəbul edilib.
Qaydalara uyğun olmadığı üçün müsabiqəyə qəbulundan imtina edilən resurslar 1-ci səsvermə başa çatanadək problemləri aradan qaldıraraq yenidən müraciət edə bilərlər.