Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

Nominantlar - Elektron ticarət

http://toxumcu.az/

http://toxumcu.az/

Bizim əsas məqsədimiz təklif etdiyimiz xidmətlər və etibarlı tərəfdaşlarımızla birlikdə təsərrüfatla məşğul olan fermer və kəndliləri toxum, şitil, ting, gübrə və avadanlıqlarla təmin etmək, sərfəli alqı-satqı həyata keçirməklə kəndlilərin gəlirlərini və sosial rifahını daha da artırmaqdan ibarətdir. Bununla yanaşı, orqanik həyat tərzini təbliğ etmək, ən son yeniliklərə əsaslanan xidmətlər təklif etməklə ölkəmizdə kənd təsərrüfatının intensiv yolla inkişaf etdirilməsi prosesində iştirak etmək də

http://tekerstore.az

http://tekerstore.az

1. Geniş çeşid sırası və endirimli qiymətlər – fəaliyyətə başlayanadək biz Azərbaycanda mövcud olan demək olar ki, bütün rəsmi distribütor və dilerlərlə əməkdaşlıq münasibətləri yaratdıq. Bu münasibətlər bizə imkan verir ki, təkər bazarının "nəbzini" daim nəzarətdə saxlayaraq, müştərilərimizə həm qış, həm də yay mövsümünün yeni təkər modellərini çox sərfəli və endirimli qiymətlərlə təklif edək; 2. İllərin sınağından çıxmış məşhur brendlər və istehsalçı zəmanəti - Michelin, Goodyear, Continental

https://www.bodycare.az/

https://www.bodycare.az/

«BODYCARE» selektiv kosmetika internet mağazası ölkəmizin vətəndaşlarının dünyanın hər yerindən olan keyfiyyətli məhsulla təmin olunması üçün açılıb. İnternet mağazada dünyanın 50-dən çox aparıcı dekorativ kosmetika və qulluq vasitələri markasının məhsulları təqdim olunur. Alıcılarımızın zövqlərinin təhlili, bazarın daimi monitorinqi və yüksək xidmət standartları istənilən qiymət kateqoriyasında ən tələbkar alıcının tələblərini qarşılamağa imkan verir.

https://shop.az/

https://shop.az/

Shop.az - Azərbaycanın online ticarət mərkəzidir. Hər kəsə lazım olan saytdır: həm satıcılara, həm də alıcılara. Sayt müxtəlif Bakıda və Azərbaycanda fəaliyyət göstərən mağazaların məhsullarını yerləşdirdiyi yerdir, Alıcılar isə axtarış sistemin köməyi ilə istədikləri məhsulu seçib ala bilərlər.

http://www.login.az/

http://www.login.az/

www.login.az saytı istifadəçilərə axtardığı kitabları rahatlıqla tapmaq və online şəkildə sifariş etmək imkanı yaradır. Sayt üzərindən sifariş olunan kitablar ünvanlara çatdırılır. Hal hazırda sayta 6000-dən çox kitab daxil edilib. Login.az yalnız Azərbaycan dilində deyil, eyni zamanda dünya (Türk, Rus, İnglis) ədəbiyyatından da kitablar təmin edir. Məqsədimiz yalnız kitablar deyil, eyni zamanda hər növ təhsil resursları, ofis və məktəbli ləvazimatlarının da ünvanlara çatdırılmasıdır.

https://arshinmalalan.az

https://arshinmalalan.az

Milli dəyərlərimizdən, tariximizdən qaynaqlanaraq milli ruhda bir guşə yaratdıq, Azərbaycanın tarixi, ənənəvi ticarətinin, tacirlərinin illər əvvəl göstərdiyi üslubda və keyfiyyətdə xidmət göstərmək üçün yarandıq. Bizim məqsədimiz keyfiyyətlı məhsul və xidmət təqdim etmək, sizin bu xidmətə həqiqətən ehtiyacınız və tələbatınız olduğunu bilməyimiz və bizimlə alış-verişdən çox razı qalmağınızı və həzz almağınızı istəməkdir.

in