Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

21.12.2017

Milli İnternet Mükafatı - Milli Net 2017 qaliblərinin təqdimat mərasimi keçirilib

Milli İnternet Mükafatı - Milli Net 2017 qaliblərinin təqdimat mərasimi keçirilib. 20 dekabr tarixdə Boulevard Hoteldə Milli İnternet Mükafatı - Milli Net 2017  qaliblərinin yekun təqdimat mərasimi keçirilib.

 



Təqdimat mərasimində artıq 9-cı il keçirilən Milli Net 2017 müsabiqəsinin cari il üçün qalibləri elan olunub.

Təqdimat mərasimində Milli Net Təşkilat Komitəsi adından AİF- in prezidenti Osman Gündüz çıxış edərək Milli İnternet Mükafatı haqqında və Müsabiqə çərçivəsində görülmüş işlər haqqında məlumat verib. 

O, Milli Net 2017-da 18 Nominasiya üzrə 392 internet resurs təqdim olunduğunu və onlardan yalnız 291 saytın yarışmaya buraxıldığını bildirib. O, Azərbaycan İnternet Forumu tərəfindən peşəkarlardan ibarət olmaqla formalaşdırılan 23 nəfərlik. Münsiflər Heyətindən 19-nun sısvermədə iştirak etdiyini bildirib.

 

Münsiflər Heyəti 2-ci səsvermə prosesində 96 Nominant arasından ən yaxşılarını seçdiyini bildirib.


Osman Gündüz Müsabiqəyə rəsmi dəstək verən Nəqıiyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinə, Baş sponsor 
Azertelecom, Sponsorlar LenovoBestCompNOVANEURONİnnovasiya Mərkəzi,  Yello və PreMark şirkətlərinə minnətdarlığını bildirib.

O, 3 ay müddətində davam edən yarışmanın uğurla başa çatdığını qeyd edərək, müsabiqənin şəffaf və ədalətli keçirilməsi istiqamətində bütün imkanlardan istifadə edildiyini diqqətə  çatdırıb.

Təqdimat mərasiminin açılışında Nəqliyyat , Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri  Tahir Məmmədov çıxış edərək Azərbaycan internetinin , İKT-nin  inkişafında MilliNet yarışmasının önəmli rol oynadığını diqqətə çatdırıb. O, internetin inkişafı ilə bağlı atılan addımların NRYTN tərəfindən hər zaman   dəstəkləndiyini diqqətə çatdırıb. Tahir Məmmədov son zamanlarda bu sahədə əldə olunan uğurlara diqqət yönəldib və  yaxın zamanlarda İKT-nin inkişafı istiqamətində NRYTN tərəfindən daha ciddi addımların atılacağını da diqqətə çatdırıb.

Təqdimat mərasimində Baş sponsor Azertelecom şirkətinin kommersiya üzrə direktoru Ləman Abbasbəyli çıxış edərək Milli Net müsabiqəsinin ölkədə İnternetin,  bütövlükdə İKT sahəsinin inkişafında mühüm rol oynadığını qeyd edib. O, təmsil etdiyi şirkətin ölkədə İKT və İnternetin inkişafında maraqlı olduğunu diqqətə çatdırararaq Azertelecom şirkətinin gələcəkdə də İnternetin inkişafı istiqamətində atılan addımlara dəstək verəcəklərini bildirib.

 

Sonra qaliblərə, 2-ci və 3-cü yer tutanlara Mükafatların , diplomların və hədiyyələrin  təqdim edilməsinə start verilib. Mükafatların təqdim edilməsində İnternet ictimaiyyətinin nümayəndələri, İKT sahəsində fəaliyyət göstərən dövlət və özəl sektorun, təhsil müəssisələrinin nümayəndələri, Milli Net təşkilatçıları iştirak edib.
Onlar çıxış edərək Milli Net-in  Azərbaycan İnternetinin inkişafında ciddi  rol oynadığını və Müsabiqənin davamlı olmasını arzuladıqları bildiriblər. 

Təqdimat mərasimi qaliblərin birgə şəkil çəkdirməsi və furşetlə başa çatıb.

Qaliblərin siyahısı millinet.az da  yerləşdirilib. Təqdimat mərasimi internetdə canlı yayımlanıb.

Təqdimat mərasimində dövlət və özəl sektorun, ictimai təşkilatların və media qurumlarının nümayəndələri, İnternet ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak edib.

Qaliblərə və fərqlənənlərə Lenovo,  BestCom və NEURON şirkətlərinin hədiyyələri təqdim olunub. Milli İnternet Mükafatına 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verir.

MilliNet-in Baş sponsoru Azertelecom şirkətidir. Müsabiqəyə LENOVO, BestComp, NOVA, NEURON, İnnovasiya Mərkəzi , YelloPreMark şirkətləri də dəstək verirlər.

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az

in