Sayt haqqında rəyiniz:

Elektron Dərslik Portalı

http://e-derslik.edu.az/site/index.php


Təhsil sisteminin informasiyalaşdırılmasının sürətli prosesi təhsildə elektron dərsliklərin istifadəsi üçün yol açır. Elektron dərsliklər hər şagirdə təhsil prosesində fəal iştirak etmək, onların öyrənmə prosesini fərdiləşdirmək üçün şərait yaradır. Onlara passiv müşahidəçi yox, yeni bilik əldə etmək istəyən və öz imkanlarını qiymətləndirə bilən şagird olmaq üçün imkan verir.

Şərhlər

Tofiq Sadıxov :: istifadəçi 14.11.2017 ~ 14:06

Azərbaycan Respublikasının Təhsil Nazirliyi elektron dərsliklərin müasir təhsil sistemində aktuallığını nəzərə alaraq bu istiqamətdə fəaliyyətini genişləndirmiş və www.e-derslik.edu.az elektron dərslik portalını yaratmışdır.
Hazırda I-IV və V-IX siniflər üçün Azərbaycan və rus bölmələri üzrə portalda 181 ədəd elekron dərslik və müəllim metodiki vəsaiti var. Portal yarandığı gündən bu vaxta qədər 2.432.423 dəfə istifadə olunub. Portaldan qeydiyyatdan keçən istifadəçilərin sayı 168.844 nəfərdir.

Pərviz Bilişzadə :: istifadəçi 14.11.2017 ~ 22:36

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yaratdığı, müasir bir portal. Həqiqətən də bu şagirdlərin istifadəsinə verilməyi çox yaxşı və xeyirlidir. Belə ki, kitablardan fərqli olaraq onlayn kitablar video vəsaitlərlə, şəkillərlə və digər anlatımlı hissələrlə zəngindir.

İşinizdə uğurlar, əziz E-Dərslik komandası!

Nuridə Mecidova :: istifadəçi 14.11.2017 ~ 23:17

Azərbaycan Respublikası Təhsil Nazirliyinin yaratdığı elektron dərslik portalı şagirdlərimiz və müəllimlərimiz üçün olduqca yararlıdır. Həm şagirdlərin internetlə istifadəsi zamanı vaxtılarının səmərəli keçməsinə həm də dərslik çatışmazlığı baş verən halda bunun aradan qaldırılmasına köməkdir. Portala daxil olduqda sizi olduqca maraqlı dərsliklərimiz, video-çarxlarımız və daha nələr nələr diqqətinizi çəkəcək.

Quliyeva Aysel :: istifadəçi 15.11.2017 ~ 01:09

Azerbaycan Respublikasi Tehsil Nazirliyinin teqdire layiq islerinden biri bu portalin yaradilmasidir. Portal haqda ilk melumat aldigim gunden yeniden mekteb illerine qayitmaq, bu portaldan istifade ederek mektebi bitirmek arzusu yaranmisdir. Derslerin video roliklerle basa salinmasi, izahi usaqlara gelecek ixtisaslarini oyrenmekde, secmekde ve sevmekde komekci olur

Yaqub Məmmədov :: istifadəçi 15.11.2017 ~ 09:52

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılan bu sayıt ( e-derslik.edu.az ) şagirdlərin müəllemlərin həm dərsləri yaxşı keçməsində həm də İKT sahsəində özlərini inkişaf etdirməsində, dərslərin elektron keçirilməsi slaytların hazırlanmasə şagirdlərə məlumatın viziual görüntü şəklində çatdırılmasənda çox böyük tövsiyə vermişdir. Eyni zamanda müəllimlərin dərslərdə daha rahat və asan bir şəkildə şagirdlərə məlumatən çatdırılmasənı təmin etmişlərdir.

Ülya :: istifadəçi 16.11.2017 ~ 01:10

Tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirmək və fəaliyyətlərini dəstəkləmək üçün ən faydalı resursdur.

Nərmin :: istifadəçi 18.11.2017 ~ 03:32

Azərbaycan Respublikası Təhsil Nazirliyin yaratdığı bu saytı bölgələrimizdədə şagirdlərimiz çox maraqla qarşılamış və daim istifadə edirlər. Həm şagirdlər həm də müəllimlər üçün çox gözəl bir elektron resurlardır. Təşəkkürümüzü bildirir və uğurlar arzulayırıq!

Şərh yazmaq üçün xahiş edirik qeydiyyatdan keçin və hesabınıza daxil olun.

in